“Xəzri” qalib gəlib, “Sabah” overtaymda "Xırdalan"a uduzub - FOTO - VİDEO

Xəbərlər
24 Yanvar 2024 21:49
186
“Xəzri” qalib gəlib, “Sabah” overtaymda "Xırdalan"a uduzub - FOTO - VİDEO

Bu gün Azərbaycan Basketbol Liqasında XII tura start verilib.

İdman.biz xəbər verir ki, turun ilk günündə iki matç keçirilib.

Öncə “Xəzri” və “Cəlilabad” klubları gücünü yoxlayıb. Gözlənildiyi kimi, paytaxt təmsilçisi qələbə qazanıb. Liderlər qrupunda yer alan "Xəzri" rəqibin ciddi müqaviməti ilə üzləşməyib.

Günün ikinci qarşılaşması gərgin mübarizə ilə yadda qalıb. Çempion “Sabah” “Xırdalan”a uduzub. Qalib overtaymda müəyyənləşib. Oyunu gedişində qonaq komanda 15 xal önə keçsə də, "Sabah" hesabı öz xeyrinə dəyişə bilib. "Xırdalan" son dəqiqələrdə yenidən üstünlüyü ələ alsa da, meydan sahibləri son atışı uğurlu həyata keçiriblər. Amma lider overtaymda məğlubiyyətlə barışmalı olub. Bu, çempionun mövsümdə ikinci uğursuzluğu olub.

Qeyd edək ki, turun digər görüşləri yanvarın 26-28-də baş tutacaq. “Sumqayıt” “Sərhədçi”ni, “Gəncə” NTD-İNDİQO-nu, “Şəki” isə “Neftçi”ni sınağa çəkəcək.

XII tur
24 yanvar
16:00. “Xəzri” – “Cəlilabad” - 100:81 (28:20, 25:20, 25:17, 22:24)

“Sərhədçi” İdman Mərkəzi

19:30. “Sabah”– “Xırdalan” - 103:107 (20:34, 29:21, 25:16, 15:20, 12:16)
“Sərhədçi” İdman Mərkəzi

Sabah BK

12

10

2

1186:1012 (+174)

22

Xəzri BK

12

10

2

1074:974 (+100)

22

NTD-İNDİQO

11

9

2

1044:878 (+166)

20

Xırdalan BK

12

7

5

1099:1063 (+36)

19

Neftçi İK

11

7

4

919:876 (+43)

18

Cəlilabad BK

12

4

8

1028:1078 (-50)

16

Sərhədçi PİK

11

4

7

966:1009 (-43)

15

Sumqayıt BK

11

3

8

917:997 (-80)

14

Gəncə BK

11

3

8

957:1038 (-81)

14

Şəki BK

11

0

11

781:1046 (-265)

11

İdman.biz