Tur Bakıda başlayıb, Şəkidə başa çatacaq

Xəbərlər
22 Yanvar 2024 17:56
189
Tur Bakıda başlayıb, Şəkidə başa çatacaq

Azərbaycan Basketbol Liqasında XII turun oyun cədvəli bəlli olub.

İdman.biz xəbər verir ki, qarşılaşmalar Bakıda başlayıb, Şəkidə başa çatacaq.

Turun ilk görüşündə “Xəzri” “Cəlilabad”la üz-üzə gələcək. Mərkəzi oyun isə lider “Sabah”la “Xırdalan” arasında olacaq.

XII tur
24 yanvar

16:00. “Xəzri” – “Cəlilabad”
19:30. “Sabah”– “Xırdalan”
26 yanvar
19:30. “Sumqayıt” – “Sərhədçi”
27 yanvar
14:00. “Gəncə” – NTD-İNDİQO
28 yanvar
14:00. “Şəki” – “Neftçi”

İdman.biz