Azərbaycan Basketbol Liqasında (ABL) yeni mövsüm sentyabrın 30-da keçiriləcək.
İdman.Biz xəbər verir ki, mövsümün açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions”la qarşılaşacaq.
Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:30-da başlayacaq.
