“Naxçıvan” basketbolçusu ilə yeni müqavilə imzaladı

16 Sentyabr 2026 13:10
93
“Naxçıvan” basketbolçusu ilə yeni müqavilə imzaladı

“Naxçıvan” basketbol klubu ötən mövsüm heyətinin liderlərindən olan Jamaal Brantley ilə yeni müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, 198 sm boya malik 34 yaşlı basketbolçu ilə birillik sözləşmə əldə olunub.

Brantley 2024/2025-ci illər mövsümündə “Neftçi”nin heyətində Azərbaycan Basketbol Liqasının gümüş medalını qazanıb.

İdman.Biz