“Neftçi” basketbol klubu Lebron Ceymsin oğlu Bronni Ceymslə eyni komandada çıxış etmiş ABŞ-li basketbolçunu heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Bakı təmsilçisi 23 yaşlı Zakeriya Hiks ilə bir illik müqavilə imzalayıb.
ABŞ-dən olan hücumçu karyerası ərzində NCAA-da “Temple Owls” və “Penn State Nittany Lions” komandalarının formasını geyinib.
Hiks peşəkar səviyyədə İspaniyanın “UCAM Murcia” klubunda çıxış edib. O, son olaraq NBA G Liqasında “South Bay Lakers”ın formasını geyinib.
Qeyd edək ki, Zak Hiks “Los-Anceles Leykers”in ikinci komandasında Bronni Ceymslə birlikdə çıxış edib.
