Yeni mövsümə hazırlığını davam etdirən “Gəncə” basketbol klubu növbəti yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, komanda Bakıda “Ordu” ilə üz-üzə gəlib.
Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qarşılaşma “hərbçilər”in qələbəsi ilə yekunlaşıb. “Ordu” rəqibini 86:72 hesabı ilə məğlub edib.
