ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) “Golden State Warriors” klubunun ulduz basketbolçusu Cimmi Batler Braziliyanın “Santos” futbol klubunun məşq bazasını ziyarət edib.
İdman.Biz xəbər verir ki, basketbolçunu hazırda zədəsini bərpa edən Neymar müşayiət edib.
Batlerə klubun bazasında xüsusi ekskursiya təşkil olunub. O, “Santos”un məşq infrastrukturu ilə tanış olub, daha sonra Neymarla stolüstü tennis oynayıb.
Batlerin səfəri zamanı diqqətçəkən məqamlardan biri də onun bazada ilk qarşılaşdığı şəxslə bağlı olub. 180 santimetr boyu olan basketbolçu “Santos”un əməkdaşları arasında ən balacaboy şəxslə görüşüb.
36 yaşlı basketbolçu “Santos”a simpatiyasının yeni olmadığını da bildirib. O, gənc Neymarın Braziliya klubunda çıxış etdiyi dövrdən etibarən “Santos”un uzun müddətdir azarkeşi olduğunu etiraf edib.
