"Neftçi" Kaseres mərhələsini yarımfinalda başa vurub - YENİLƏNİB

11 İyul 2026 00:42
847
"Neftçi" Kaseres mərhələsini yarımfinalda başa vurub

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Kaseres yarımfinal görüşü keçirilib.

İdman.Biz bildirir ki, "Neftçi" klubu Latviya ilə qarşılaşıb. Görüş 16:13 hesabı ilə Latviyanın xeyrinə bitib.

Beləliklə, "Neftçi" Kaseres mərhələsini yarımfinalda başa vurub.

23:35

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Kaseres (İspaniya) mərhələsinin ikinci oyun gününün görüşləri keçirilib.

İdman.Biz bildirir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu 1/4 final oyununda yerli İspaniya millisinə 16:15 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, "Neftçi" klubu yarımfinalda Latviya seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:40-da baş tutacaq.

İdman.Biz