Dünya Qadın Seriyası: “Neftçi SOCAR” “Madrid”lə üz-üzə gələcək

9 İyul 2026 11:10
95
Dünya Qadın Seriyası: “Neftçi SOCAR” “Madrid”lə üz-üzə gələcək

Bu gün “Neftçi SOCAR” 3x3 basketbol komandası İspaniyanın Kaseres şəhərində start götürəcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” A qrupundakı ilk matçında İspaniya təmsilçisi “Madrid”lə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə 22:05-da başlayacaq.

Qeyd edək ki, indiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, “Neftçi SOCAR” (352 xal) ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

İdman.Biz