Bu gün Azərbaycanın 20 yaşadək qadınlardan ibarət basketbol millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığmamız 9-12-ci yerlər uğrunda Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan komandası 9-14-cü yerlər uğrunda oyunda Ukrayna komandasına 58:79 hesabı ilə məğlub olub.
