Azərbaycanın U-20 basketbol millisi İsveçə məğlub olub - YENİLƏNİB

10 İyul 2026 20:31
680
Azərbaycanın U-20 basketbol millisi İsveçə məğlub olub

Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Slovakiyanın Bratislava şəhərində keçirilən Beynəlxalq Basketbol Federasiyasının (FIBA) U-20 Avropa çempionatının B divizionunda mübarizəyə başlayıb.

İdman.Biz xəbər verir ki, yığmamız A qrupundakı ilk oyununda İsveç seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma 85:58 hesabı ilə İsveçin qələbəsi ilə yekunlaşıb.

Yığmamız ikinci oyununu iyulun 12-də Slovakiyaya qarşı keçirəcək.

10:46

Bu gün Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Slovakiyanın Bratislava şəhərində keçirilən Beynəlxalq Basketbol Federasiyasının (FIBA) U-20 Avropa çempionatının B divizionunda mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, yığmamız A qrupundakı ilk oyununda İsveç seçməsi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Slovakiya, İrlandiya və Şimali Makedoniya yığmaları ilə də qarşılaşacaq.

İdman.Biz