Azərbaycan millisinin üzvü 3x3 basketbol üzrə dünya reytinqində lider olub - FOTO

10 İyul 2026 14:42
97
Azərbaycan millisinin üzvü 3x3 basketbol üzrə dünya reytinqində lider olub - FOTO

3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Aleksandra Mollenhauer Beynəlxalq Basketbol Federasiyasının (FIBA) fərdi dünya reytinqində birinci pillədə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Yığmamızın digər oyunçusu Erika Karter sıralamada dördüncüdür.

Qeyd edək ki, 3x3 basketbol üzrə fərdi dünya reytinqi son 12 ay ərzində FIBA tərəfindən təsdiqlənmiş turnirlərdə əldə olunan ən yaxşı doqquz nəticə əsasında hesablanır.

İdman.Biz