2026/2027 mövsümündə FIBA Europe Cup-da Azərbaycanı təmsil edəcək basketbol klubları məlum olub.
İdman.Biz xəbər verir ki, yarışda “Gəncə BK” və “Neftçi İK” mübarizə aparacaq.
Azərbaycan Basketbol Liqasını üçüncü pillədə başa vuran “Gəncə BK” turnirin müntəzəm mövsümündə iştirak hüququ qazanıb.
Liqanı dördüncü sırada tamamlayan “Neftçi İK” isə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Bakı təmsilçisinin bu mərhələdə potensial rəqibləri Estoniyanın “Transcom Pärnu”, Kosovonun “KB Peja” və Slovakiyanın “BC Prievidza” klublarıdır.
Təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 16-da Almaniyanın Münhen şəhərində keçiriləcək.
Qeyd edək ki, “Landau Lions” FIBA Basketbol Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Klub BCL-in müntəzəm mövsümünə yüksələ bilmədiyi halda, FIBA Europe Cup-da mübarizəni davam etdirəcək.
