U-20 basketbolçularımız Ukraynaya məğlub olublar - YENİLƏNİB

8 İyul 2026 18:32
582
U-20 basketbolçularımız Ukraynaya məğlub olublar

20 yaşadək qadınlardan ibarət Azərbaycan milli basketbol komandası hazırda Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa Çempionatının B divizionunda daha bir oyun keçirib.

İdman.Biz-in məlumatına görə, Azərbaycan komandası 9-14-cü yerlər uğrunda oyunda Ukrayna komandasına 58:79 hesabı ilə məğlub olub.

Millimiz sabah 9–14-ci yerlər uğrunda Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Daha əvvəl Azərbaycan komandası qrup mərhələsində A qrupunda oynayıb, orada İrlandiyaya (81:93) və Yunanıstana (63:79) məğlub olub, lakin Albaniyaya (88:60) qalib gəlib.

10:45

Bu gün Azərbaycanın 20 yaşadək qadınlardan ibarət basketbol millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız 9-14-cü yerlər uğrunda Ukrayna millisi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.

Qeyd edək ki, üçüncü turda Azərbaycan komandası yunan həmyaşıdlarına 63:79 hesabı ilə məğlub olub.

İdman.Biz