“İki il əvvəl İrlandiyaya 24 xalla məğlub olmuşduq, bu gün 4-6 xalla məğlub oluruq”.
İdman.Biz bildirir ki, bu sözləri basketbol üzrə Azərbaycan millisinin kapitanı Amil Həmzəyev deyib.
Həmzəyev Azərbaycan Basketbol Federasiyasını tənqid edib:
“Qələbələr var. Uğursuzluqlara görə bütün yük sanki Tahir müəllimin (Baxşıyev) üstünə qoyulur və komandanın kapitanı olaraq mənim üstümə. Komandanın yola salınmasından tutmuş qarşılanmasınadək, yerləşməyindən qidalanmağına kimi görünən münasibətdən mən şəxsən çox narazıyam. Mən heç kimdən çəkinmirəm və sözümü də deyirəm. Çünki yalan, səhv bir şey demirəm. Hüquqlarımızı tələb edirəm. 5 il kifayət qədər böyük dövrdür. Düşünürəm ki, Federasiya bundan nəticə çıxaracaq”.
Xatırladaq ki, Azərbaycan Basketbol Federasiyasının prezidenti elm və təhsil naziri Emin Əmrullayevdir. O, bu vəzifəyə 2021-ci ildə seçilib.
