İyulun 8-də FIBA Çempionlar Liqasının müntəzəm mövsümünün püşkatma mərasimi keçiriləcək.
İdman.Biz xəbər verir ki, İsveçrənin Mies şəhərində yerləşən Patrik Baumann Basketbol Evində təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Sabah”ın da qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək.
Azərbaycan çempionu püşkatmada üçüncü səbətdə yer alacaq.
Qeyd edək ki, Çempionlar Liqasında müntəzəm mövsümə oktyabrın 6-da start veriləcək.

