Ulaş Can Turqut seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə? - “Tez dəvət edəni seçəcəm”

6 Yanvar 2024 16:18
744
Ulaş Can Turqut seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə? - “Tez dəvət edəni seçəcəm”

“Azərbaycan çempionatında oynamaq şansı qazandım və bunu qaçırmaq istəmədim”.

Bunu İdman.bizə “Neftçi” basketbol klubunun yeni transferi Ulaş Can Turqut deyib.

Türkiyəli basketbolçu Azərbaycan Basketbol Liqasını yaxından izlədiyini bildirib. Onun sözlərinə görə, Bakı klubuna gəlişi irəliyə doğru atılan addımdır: “Yeni qurulan bir liqanız var. Gələn illərdə daha da güclənəcəyini düşünürəm. “Sabah”, “Xəzri”, NTD-İNDİQO və “Neftçi” çempionatın ən güclü klublarıdır. Azərbaycan çempionatına gələcək karyeram üçün bir tranplin kimi baxıram”.

Azərbaycanın U-20 millisinin üzvü olan Turqut yığma karyerasından da danışıb: “Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Bu səbəbdən bir seçim edə bilmirəm. Əsas millilərdən hansı daha tez dəvət etsə, həmin komandanı seçəcəm”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Basketbol Liqasında IX turdan sonra 15 xalla 4-cüdür.

Emin Ağa
İdman.biz