Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. “Sabah” və “Abşeron Lions” rəqiblərini hər iki matçda məğlub edərək yarımfinala vəsiqəni təmin ediblər.
İdman.Biz xəbər verir ki, son çempion “Sabah” 1/4 finalın ikinci görüşündə “Naxçıvan”la qarşılaşıb. Bakı İdman Sarayında baş tutan matç paytaxt təmsilçisinin 97:86 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də rəqibini böyük hesabla (106:74) üstələyən “Sabah” seriyada hesabı 2:0 edərək mərhələ adlayıb.
Günün digər matçında “Abşeron Lions” “Şəki”ni 105:94 hesabı ilə məğlub edib. İlk oyunda da qalib gələn (109:78) Abşeron təmsilçisi növbəti raunda yüksəlib.
Digər iki cütlükdə isə yarımfinalçının adı üçüncü oyunda bəlli olacaq. Belə ki, ötən gün “Gəncə” “Ordu”ya 85:78 (ilk oyun - 106:108), “Neftçi” isə NTD-yə 119:99 (ilk oyun - 94:97) hesabı ilə qalib gələrək seriyada tarazlıq yaradıblar. Reqlamentə əsasən, bu cütlərdə iki qələbə qazanan tərəf yarımfinala adlayacaq.
15:49
“Abşeron Lions” Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda “Şəki”ni məğlub etməklə nail olub.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə “Abşeron Lions” üstün olub - 109:78.
Günün ikinci matçında “Sabah” “Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. “Sabah” birinci dueldən qalib ayrılıb - 106:74.
Qeyd edək ki, ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun - 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
10:10
Bu gün Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu baş tutacaq.
İdman.Biz xəbər verir ki, ilk olaraq “Abşeron Lions” “Şəki”nin qonağı olacaq.
Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə “Abşeron Lions” üstün olub - 109:78.
Günün ikinci oyununda “Sabah” “Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq. Matç Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. “Sabah” birinci dueldən qalib ayrılıb - 106:74.
Qeyd edək ki, ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun - 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
