Tahir Baxşıyev: “Belə statistika göstərən komandaya qalib gəlmək çətindir”

17 Aprel 2026 00:06
197
Tahir Baxşıyev: “Belə statistika göstərən komandaya qalib gəlmək çətindir”

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Neftçi”yə məğlub olduqları oyundan (99:119) sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis bərabər səviyyəli mübarizə getməsinə baxmayaraq, rəqibin üç xallıq atışlardakı performansının həlledici olduğunu vurğulayıb.

Baxşıyev oyuna yaxşı başladıqlarını və müəyyən anlarda vəziyyəti öz xeyirlərinə çevirmək şanslarının olduğunu qeyd edib:

“Meydanda bərabər mübarizə gedirdi. Elə anlar oldu ki, oyunu öz xeyrimizə çevirə bilərdik. Amma “Neftçi” güclü komandadır. Bu gün onların üç xallıq atışları alındı və dəqiqlik faizi təxminən 50 oldu. Belə statistika göstərən komandaya qalib gəlmək çətindir”.

Rəqibi qələbə münasibətilə təbrik edən baş məşqçi diqqəti yarımfinalçının adını müəyyən edəcək həlledici matça yönəldib:

“Qarşıda üçüncü oyun var. Hazırlaşacağıq. Qələbəni daha çox istəyən komanda yarımfinala adlayacaq”.

İdman.Biz