Basketbol Liqasında 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi

15 Aprel 2026 16:51
320
Basketbol Liqasında 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi

Azərbaycan Basketbol Liqasında (ABL) 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi açıqlanıb.

İdman.Biz xəbər verir ki, oyunlar 16-17 aprel tarixlərində keçiriləcək.

16 aprel saat 14:00-da baş tutacaq ilk matçda “Gəncə” “Ordu”nu qəbul edəcək.

Günün ikinci görüşü isə saat 19:00-da NTD və “Neftçi” komandarı arasında keçiriləcək.

1/4 final mərhələsinin cavab oyunları 17 aprel tarixində davam edəcək. Həmin gün saat 14:00-da “Şəki” ilə “Abşeron Lions” qarşılaşacaq. Günün son oyununda isə saat 19:00-da “Naxçıvan” “Sabah”ı sınağa çəkəcək.

Qeyd edək ki, bu mərhələnin nəticələrinə əsasən yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

İdman.Biz