Azərbaycanın 3x3 basketbol millisinin Dünya Kubokundakı rəqibləri məlum olub - FOTO

15 Aprel 2026 19:33
178
Azərbaycanın 3x3 basketbol millisinin Dünya Kubokundakı rəqibləri məlum olub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq.

İdman.Biz bu barədə Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat verir.

Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.

İdman.Biz