Növbəti mövsümdə Birinci Liqada mübarizə aparacaq “Quba”, “Sərhədçi”, “Sumqayıt” və “Lənkəran” legioner basketbolçularla vidalaşıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Həmin basketbolçular artıq Azərbaycanı tərk ediblər.
“Quba” ilə “Sumqayıt”da 4, “Sərhədçi”də 5, “Lənkəran”da isə iki əcnəbi oyunçu çıxış edirdi.
