NBA-da ədalət zəfər çaldı: Luka Donçiç MVP mübarizəsinə geri döndü

16 Aprel 2026 22:43
138
NBA-da ədalət zəfər çaldı: Luka Donçiç MVP mübarizəsinə geri döndü

NBA rəhbərliyi və Oyunçular Birliyi “Los-Anceles Leykers”in oyunqurucusu Luka Donçiçin 65 oyun qaydası ilə bağlı apellyasiya müraciətinə müsbət cavab verib.

İdman.Biz xəbər verir ki, ulduz basketbolçu övladının dünyaya gəlməsi ilə əlaqədar dekabr ayında iki oyunu buraxmalı olmuşdu. Aprelin əvvəlində zədələnən sloveniyalı oyunçu müntəzəm çempionatda ümumilikdə 64 matçda iştirak edib ki, bu da fərdi mükafatlar üçün tələb olunan minimum həddən (65 oyun) bir oyun az idi. Liqanın qərarı sayəsində Donçiç 2025/2026 mövsümünün yekununda MVP (Ən Dəyərli Oyunçu) adı və rəmzi komandalara seçilmək də daxil olmaqla, bütün fərdi mükafatlara iddia etmək hüququnu qoruyub.

Cari müntəzəm çempionatda fenomenal performans göstərən Donçiç ümumilikdə 2143 xal toplayıb. O, hər oyuna orta hesabla 33,5 xal yığmaqla liqanın ən məhsuldar oyunçularından biri olub.

İdman.Biz