Rimas Kurtinaytis: “Ümumi götürsək oyun keyfiyyətindən razı qaldım”

6 Aprel 2026 17:49
217
Rimas Kurtinaytis: “Ümumi götürsək oyun keyfiyyətindən razı qaldım”

“Sabah” Basketbol Klubunun baş məşqçisi Rimas Kurtinaytis Qazaxıstanın “Astana” klubu ilə keçirilən ikinci yoxlama oyununda komandasının 94:83 hesablı qələbəsindən sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis bunları deyib.

“Müntəzəm mövsümü ilk sırada bitirdiyimizdən digər klublara nisbətən bir qədər çox istirahət etmək imkanımız yaranır. Bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən basketbolçular oyun ritmini itirə bilər. Bu səbəbdən də yaranmış fasilə zamanı Qazaxıstanın “Astana” BK klubu ilə yoxlama oyunları keçirməyi qərara aldıq. Düşünürəm ki, bu oyunlar pley-off öncəsi faydalı oldu. Bu oyunlardan sonra bir qədər istirahət edəcəyik. Pley-offda ilk oyunumuzun tarixi müəyyənləşdən sonra buna uyğun hazırlıq planı tərtib edəcəyik. Ümumi götürsək oyun keyfiyyətindən razı qaldım. Bəzi oyunçularımızın mikrozədələri var idi. Bu səbəbdən onların xidmətindən yararlanmadıq. Hər il olduğu kimi bu mövsüm də Azərbaycan çempionu adını qorumaq uğrunda mübarizə aparacağıq”, - deyə o, bildirib.

İdman.Biz