“Çikaqo Bullz”da Ues Anseld dövrü başlaya bilər

6 Aprel 2026 00:26
249
“Çikaqo Bullz”da Ues Anseld dövrü başlaya bilər

NBA-nın köklü klublarından olan “Çikaqo Bullz”da mövsümün sonunda ciddi dəyişikliklər gözlənilir. Komandanın hazırkı baş məşqçisi Billi Donovanın vəzifəsindən ayrılacağı və onu köməkçisi Ues Anseldin əvəzləyəcəyi barədə xəbərlər yayılıb.

İdman.Biz “Chicago Sun-Times” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi yaxın iki həftə ərzində yeni baş məşqçi axtarışına çıxacaq və ya birbaşa daxili təyinatla Ues Anseldi bu posta gətirəcək. Hazırkı məşqçilər korpusunun ən azı gələn mövsümün sonuna qədər müqaviləsi olduğu üçün Anseldin baş məşqçi vəzifəsinə yüksəlməsi ən real ssenari hesab olunur.

Məlumata görə, həm basketbol əməliyyatları üzrə vitse-prezident Arturas Karnişovas, həm də Billi Donovan növbəti mövsümdə komandada olmaya bilərlər. Donovanın klubda qalıb idarəçi kimi fəaliyyətini dairə rəhbəri kimi davam etdirmə ehtimalı olsa da, mütəxəssisin hələ də məşqçilikdən zövq alması bu ehtimalı azaldır. Hazırda Şərq konfransında pley-off şanslarını demək olar ki, itirən "Bullz"da rəhbərliyin köklü islahatlara başlayacağı gözlənilir.

İdman.Biz