“Gəncə”in baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasında pley-in mərhələsində “Lənkəran” ilə keçirilən və 91:55 hesabı ilə qalib olduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis bunları deyib.
“Komandamı təbrik edirəm. Hamını oynatmaqla, hər kəsin bu işin bir parçası olmasına çalışdıq. Əsas rotasiyada olan oyunçuları qorumaq istədik. İki gün sonra səfərdə oynayacağıq. Həmin matçı da qazanıb əsas işimiz olan pley-offa köklənəcəyik”, - deyə o, bildirib.
