U16 basketbol millimizin rəqibləri məlum olub

31 Mart 2026 19:16
92
U16 basketbol millimizin rəqibləri məlum olub

FIBA U16 qızlar arasında Avropa çempionatı (Division B) üzrə püşkatma nəticələri açıqlanıb.

İdman.Biz bildirir ki, Azərbaycan millisi püşkatmanın nəticələrinə görə, B qrupunda mübarizə aparacaq.

Yığmamızın rəqibləri Slovakiya və İsveç olacaq. Oyunlar 10-15 avqust tarixlərində Slovakiyanın Prestani şəhərində keçiriləcək.

Ümumilikdə turnir 3 ayrı “mini-turnir” formatında keçiriləcək. Hər mini-turnirin qalibi 2027-ci ildə Division A-ya yüksələcək

Oyunlar qrup mərhələsi, yarımfinal və finaldan ibarət olacaq

İdman.Biz