Azərbaycan Basketbol Liqası: “Neftçi” NTD ilə qarşılaşacaq

30 Mart 2026 10:43
110
Azərbaycan Basketbol Liqası: “Neftçi” NTD ilə qarşılaşacaq

Bu gün Azərbaycan Basketbol Liqasında 20-ci turun daha bir oyunu baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün yeganə matçında A qrupunda “Neftçi” NTD ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında keçiriləcək və start fiti saat 19:00-da səslənəcək.

Turnir cədvəlində “Neftçi” 28 xalla dördüncü, NTD 22 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: