Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turu çərçivəsində bu gün bir oyun keçiriləcək.
İdman.Biz xəbər verir ki, A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. "Şəki" komandası saat 14:00-da start “Gəncə”ni qəbul edəcək.
Hazırda meydan sahibləri 21 xalla turnir cədvəlinin sonuncu - altıncı pilləsində qərarlaşıblar. Qonaq komanda olan “Gəncə” isə 27 xalla dördüncü sıradadır.
Qeyd edək ki, A qrupunda 20-ci turun digər oyunları martın 30-31-də keçiriləcək.
