“Memfis” klubunun ulduz basketbolçusu Ca Morant zədə səbəbindən cari mövsümü erkən başa vurub.
İdman.Biz xəbər verir ki, 26 yaşlı idmançı sol dirsək oynağının bağlarının dartılmasından əziyyət çəkir.
Yanvarın 21-dən bəri oyunlarda iştirak etməyən Moranta bağların sağalması üçün trombositlərlə zəngin plazma (PRP) inyeksiyası məsləhət görülüb. Basketbolçunun 2026/27 mövsümünə qədər tam bərpa olunacağı gözlənilir.
