28 mart tarixində Azərbaycan Basketbol Liqasının 20-ci turunda iki oyun keçiriləcək.
İdman.Biz xəbər verir ki, hər iki qarşılaşma B qrupunda baş tutacaq.
Günün ilk oyununda “Ordu” “Lənkəran” ilə üz-üzə gələcək. Matç Sərhədçi İdman Mərkəzidə saat 17:00-da start götürəcək.
Günün ikinci görüşündə isə “Sərhədçi” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 20:00-da eyni məkanda başlayacaq.
“Ordu” (36 xal) B qrupunun liderdir. Aktivində 26 xalı olan “Sərhədçi” dördüncü, eyni xala malik “Sumqayıt” isə beşincidir. 23 xalı olan “Lənkəran” sonuncudur.
