Əfsanəvi basketbolçu ölümcül xəstə müəlliməsinin arzusunu gerçəkləşdirib

23 May 2026 13:04
115
Əfsanəvi basketbolçu ölümcül xəstə müəlliməsinin arzusunu gerçəkləşdirib

Əfsanəvi basketbolçu Maykl Cordan vaxtilə ona dərs keçmiş müəlliməsinin arzusunu yerinə yetirib.

İdman.Biz xəbər verir ki, ağır xəstə olan müəllimə tez-tez məktəb illərini xatırlayır və istedadlı şagirdi barədə danışırmış.

Bunun ardından hospis əməkdaşları basketbol əfsanəsinə müraciət ediblər.

Nəticədə Cordan müəlliməsi miss Etta ilə telefon danışığı aparıb. Söhbət zamanı həm duyğulu anlar yaşanıb, həm də tərəflər birlikdə gülərək köhnə xatirələri yada salıblar.

İdman.Biz