Basketbol üzrə Avroliqada yarımfinal oyunları keçirilib.
İdman.Biz bildirir ki, İstanbulun “Fənərbağça” klubu Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub – 61:79.
Digər yarımfinalda İspaniyanın “Valensiya” və “Real Madrid” komandaları qarşılaşıblar. Matç 105:90 hesabı ilə “Real”ın xeyrinə qurtarıb.
Beləliklə, mayın 24-də keçiriləcək final oyununda “Real Madrid”lə “Olimpiakos” qarşılaşacaqlar.
“Fənərbağça” bu turnirin ötənilki qalibidir.
