Bedri Meriçdən sərt açıqlama: “Feyr-pley olmayan şeylərlə qarşılaşdıq”

29 Mart 2026 18:51
92
Bedri Meriçdən sərt açıqlama: “Feyr-pley olmayan şeylərlə qarşılaşdıq”

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turunda öz meydanında “Gəncə”yə məğlub olan (73:84) “Şəki” komandasının baş məşqçisi Bedri Meriç oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis həm komandasının çıxışını dəyərləndirib, həm də matç zamanı yaşanan insidentlərə toxunub.

İdman.Biz xəbər verir ki, Bedri Meriç rəqibi təbrik etsə də, meydandakı bəzi məqamlardan narazılığını gizlətməyib.

“Rəqibimizi təbrik edirik və onlara pley-offda uğurlar diləyirik. Heyət problemimizə rəğmən oyunçularımın göstərdiyi mübarizədən xoşbəxtəm. Matçın böyük hissəsində oyunda qaldılar, hətta qalib də gələ bilərdik. Ribaundlar istisna olmaqla, komandamın bugünkü çıxışından razıyam”, - deyə baş məşqçi söyləyib.

Baş məşqçi üçüncü periodun bitməsinə üç dəqiqə 43 saniyə qalmış yaşanan hadisələrə xüsusi diqqət çəkib:

“Bu gün matçda nəzərdə tutulmayan hadisələr yaşandı. Bunlar əvvəlcə bizdən asılı olmadan baş verdi. Lakin ev sahibi olmağımıza və vəziyyəti nəzarətə götürməyə

çalışmağımıza baxmayaraq, feyr-pleyə sığmayan hərəkətlərlə qarşılaşdıq. Əgər meydanda belə şeylər edirsinizsə, qarşılığına da hazır olmalısınız. Biz buna reaksiya

verdik. Çox böyük məsələ deyil, belə hallar olur. Hətta bu gərginlik pley-in öncəsi sərt mübarizə baxımından bizə yaxşı təsir etdi”.

Mövsümün həlledici mərhələsinə kökləndiklərini bildirən Meriç qələbəyə inandığını vurğulayıb:

“Tam motivasiya ilə pley-in matçımızı gözləyirik. Rəqibimizə qarşı əvvəldən hazırlaşmışıq. İndi sadəcə meydanda gücümüzü göstərmək zamanıdır. Oyunçularıma tam güvənirəm”.

İdman.Biz