Jamaal Brantleydən tarixi rekord: Ardıcıl üç “triple-double”

29 Mart 2026 14:29
77
Jamaal Brantleydən tarixi rekord: Ardıcıl üç “triple-double”

“Naxçıvan” klubunun amerikalı legioneri Jamaal Brantley Azərbaycan Basketbol Liqasında (ABL) görünməmiş uğura imza atıb.

İdman.Biz xəbər verir ki, təcrübəli forvard müntəzəm mövsümün sonuncu – 20-ci turu çərçivəsində keçirilən “Quba” - “Naxçıvan” (96:103) qarşılaşmasında növbəti dəfə parlaq çıxışı ilə diqqət çəkib.

Brantli bu görüşdə dörd xal, 17 ribaund və 11 asist göstəriciləri ilə yadda qalıb. Bu nəticə ilə o, Azərbaycan Basketbol Liqası tarixində ardıcıl üç oyunda “triple-double” edən ilk basketbolçu kimi rekorda imza atıb.

Bu qələbə sayəsində “Naxçıvan” komandası xallarının sayını 36-ya çatdıraraq B qrupunda ikinci pillədəki mövqeyini qoruyub.

İdman.Biz