“Toronto Raptors” dan rekord göstərici - ardıcıl 31 xal toplayıb

30 Mart 2026 12:18
114
“Toronto Raptors” dan rekord göstərici - ardıcıl 31 xal toplayıb

ABŞ-nin NBA basketbol liqasında mübarizə aparan “Toronto Raptors” klubunun basketbolçuları “Orlando Medjik” ilə oyunda (139:87) möhtəşəm seriya ilə yadda qalıblar.

İdman.Biz xəbər verir ki, “Toronto Raptors” qarşılaşmanın ilk hissəsində ardıcıl 31 xal toplayaraq tarixə düşüb. NBA statistikasının aparıldığı dövrdə heç bir komanda belə seriyaya imza atmamışdı. Yeddi dəqiqədən artıq müddətdə meydanda yalnız bir komanda xal qazanıb.

“Orlando” üçün isə bu nəticə uğursuz seriyanın davamı olub. Komanda son səkkiz oyunun yeddisində məğlubiyyətlə üzləşib.

İdman.Biz