Donçiç və Adebayo NBA-da həftənin ən yaxşıları seçildi

17 Mart 2026 17:19
85
Donçiç və Adebayo NBA-da həftənin ən yaxşıları seçildi

NBA-da həftənin ən yaxşı oyunçularının adları açıqlanıb. Luka Donçiç Qərb, Bem Adebayo isə Şərq Konfransında həftənin oyunçusu seçilib.

İdman.Biz xəbər verir ki, Bem Adebayo “Mayami Hit”in heyətində keçirdiyi üç oyunda (iki qələbə, bir məğlubiyyət) müstəsna performans göstərib. O, həftə ərzində orta hesabla 41.3 xal, səkkiz ribaund və 1.3 blok-şotla yadda qalıb.

Qərbdə isə Luka Donçiç “Los-Anceles Leykers”in həftəni itkisiz (üç qələbə) tamamlamasında əsas pay sahibi olub. Sloveniyalı ulduz hər oyunda orta hesabla 37.3 xal, 10.7 ribaund və 11 məhsuldar ötürmə ilə möhtəşəm “tripl-dabl” seriyasına imza atıb.

Qeyd edək ki, Adebayonun bir matçda topladığı 83 xal NBA tarixinin ən yüksək nəticələrindən biri kimi qeydə alınıb.

İdman.Biz