Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən təşkil olunan iki günlük proqram çərçivəsində məşqçilər üçün nəzəri və praktiki seminar baş tutub.
İdman.Biz xəbər verir ki, tədbirin ilk günündə iştirakçılar müasir basketbolun nəzəri əsasları ilə tanış olub, həmçinin praktik məşqlərdə bacarıqlarını nümayiş etdiriblər. Seminar məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilib.
Proqramın ikinci günündə isə C kateqoriyası üzrə imtahan keçirilib.
