“Gəncə” basketbolçu transfer edib

28 Avqust 2026 13:08
110
“Gəncə” basketbolçu transfer edib

“Gəncə” ABŞ-li basketbolçu Kobi Maqini heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, müdafiəçi mövqeyində çıxış edən 23 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

195 sm boyunda olan Kobi Maqi “Gəncə”də 5 nömrəli formada çıxış edəcək.

Kobi Maqi karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. O, bu vaxta qədər yalnız ABŞ-də çıxış edib.

İdman.Biz