"Sabah" basketbol komandası Litvada ilk yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi yerli "Juventus Utena" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 89:84.
Qeyd edək ki, "Sabah" yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.
