“LANDAU Lions” Tamerlan Novruzlu ilə müqaviləni uzatdı

27 Avqust 2026 15:31
107
“LANDAU Lions” Tamerlan Novruzlu ilə müqaviləni uzatdı

“LANDAU Lions” Azərbaycanın U-18 basketbol millisinin üzvü Tamerlan Novruzlu ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

16 yaşlı oyunçu daha bir mövsüm bu komandanın formasını geyinəcək.

Hücumçu mövqeyində çıxış edən T.Novruzlu ötən mövsüm “LANDAU Lions”ın (ötən il “Abşeron Lions” - red.) heyətində gümüş medal qazanıb.

İdman.Biz