3x3 basketbol millisinin Avropa Kubokundakı təqvimi müəyyənləşib

26 Avqust 2026 13:50
96
3x3 basketbol millisinin Avropa Kubokundakı təqvimi müəyyənləşib

Azərbaycanın 3x3 basketbol millisinin Belçikanın Antverpen şəhərində keçiriləcək FIBA Avropa Kubokunda qrup oyunlarının təqvimi məlum olub.

İdman.Biz xəbər verir ki, yığma A qrupunda Niderland və Ukrayna ilə üz-üzə gələcək.

Komanda sentyabrın 12-də, Bakı vaxtı ilə saat 16:20-də Niderlandla, 20:55-də Ukrayna ilə qarşılaşacaq.

Xatırladaq ki, turnir sentyabrın 11-13-də baş tutacaq. Azərbaycan millisi ötən il FIBA Avropa Kubokunda gümüş medal qazanıb.

İdman.Biz