AVRO-2027-nin seçmə mərhələsi: Azərbaycan millisi növbəti oyununda da uduzub - YENİLƏNİB

17 Mart 2026 21:15
410
AVRO-2027-nin seçmə mərhələsi: Azərbaycan millisi növbəti oyununda da uduzub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Bakıda Ukrayna yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqib komandanın 73:55 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, Azərbaycan yığması AVRO-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94), həmçinin Ukraynaya (34:98) uduzub.

09:35

Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Bakıda Ukrayna yığması ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94), həmçinin Ukraynaya (34:98) uduzub.

İdman.Biz