Azərbaycan Basketbol Liqasında 19-cu turun oyunlarına start verilib - YENİLƏNİB

12 Mart 2026 22:02
276
Azərbaycan Basketbol Liqasında 19-cu turun oyunlarına start verilib

Azərbaycan Basketbol Liqasında 19-cu tura start verilib.

İdman.Biz-in məlumatına görə, ilk oyun günündə B qrupunun iki qarşılaşması keçirilib.

Bu matçlarda “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” isə “Sərhdəçi”ni (83:67) məğlub edib.

Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutub.

10:08

Bu gün Azərbaycan Basketbol Liqasında 19-cu tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə B qrupunun iki qarşılaşması keçiriləcək.

“Sumqayıt” “Ordu”nu, “Naxçıvan” “Sərhdəçi”ni qəbul edəcək. Hər iki matç saat 19:00-da start götürəcək.

Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutacaq.

Qeyd edək ki, 19-cu tura martın 15-də yekun vurulacaq.

İdman.Biz