Dina Ulyanova: “Elə bir idmançı yoxdur ki, bunu xəyal etməsin, cəhd edəcəyik” - MÜSAHİBƏ

Müsahibə
28 Dekabr 2023 12:50
221
Dina Ulyanova: “Elə bir idmançı yoxdur ki, bunu xəyal etməsin, cəhd edəcəyik” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Neftçi”nin basketbolçusu Dina Ulyanovanın İdman.biz-ə müsahibəsi

- 3x3 növü üzrə Dünya Basketbol Seriyasının bir çox turnirlərdə iştirak etmisiniz və qələbələr qazanmısınız. İl ərzində ən çox yadda qalanı hansı oldu?

- Təbii ki, 4 dünya seriyasındakı qələbələr sevincli anlarla yadda qaldı. Hər bir turnirin özünəməxsusluğu var. Qalib olmaq insana xüsusi hisslər verir. Bütün həyəcanları yaşadıq və mövsüm bizim üçün uğurlu oldu.

- Reytinq xallarından danışırıqsa, nəzərə alaq ki, bu, lisenziya uğrunda mübarizəyə qoşulmağa imkan verir...

- Şübhəsiz, əsas məqsədimiz budur - ona nail olmağa çalışacağıq. Lisenziyalı turnirdə çıxış etmək böyük şansdır.

- Yəqin ki, bu istiqamətdə hazırlıq planınız hazırdır.

- Bəli, proses davam edir. Təsnifat mərhələsinin startı aprelin ortalarında olacaq və o vaxta qədər təlim-məşq toplanışı keçirəcəyik. İndi basketbolçularımız mövsümü müxtəlif klublarda keçirirlər. Millidə isə yaxın müddətdə birgə məşqlərə başlayacağıq.

- Oyununuzun yaxşılaşdırılması üçün taktikalar üzərində də iş gedir?

- Təbii ki, iş çoxdur. Bütün bunlar bir hədəfə yönəlib - Olimpiada məqsədimizdir, arzumuzdur, biz ona doğru gedəcəyik.

- Belə bir zirvəyə doğru bütün əziyyətlərə qatlaşmağa dəyər...

- Əlbəttə, elə bir idmançı yoxdur ki, bunu xəyal etməsin, cəhd edəcəyik.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: