Azərbaycan Basketbol Liqası: “Naxçıvan” səfərdə “Sumqayıt”a qalib gəlib - YENİLƏNİB

12 Fevral 2026 21:25
311
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” səfərdə “Sumqayıt”a qalib gəlib

Azərbaycan Basketbol Liqasında 17-ci turun daha bir oyunu keçirilib.

İdman.Biz-in məlumatına görə, günün yeganə matçında “Naxçıvan” “Sumqayıt”ın qonağı olub.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan matç “Naxçıvan”ın 110:107 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün “Sərhədçi” səfərdə “Lənkəran”ı məğlub edib - 83:69.

10:49

Bu gün Azərbaycan Basketbol Liqasında 17-ci turun daha bir matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün yeganə matçında B qrupunda “Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq.

Görüş Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək.

“Naxçıvan” turnir cədvəlində 28 xalla ikinci, “Sumqayıt” təmsilçisi 22 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün “Sərhədçi” səfərdə “Lənkəran”ı məğlub edib - 83:69.

İdman.Biz