Azərbaycan klubunda oyunçularla xüsusi danışıq

Xəbərlər
22 Dekabr 2023 14:12
148
Azərbaycan klubunda oyunçularla xüsusi danışıq

“Komandamızda vəziyyət yaxşıdır. Zədə və ya xəstəliklə bağlı hər hansı problemimiz yoxdur”.

İdman.biz xəbər verir ki, bunu "Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdemir deyib.

Azərbaycan çempionatının IX turunda "Cəlilabad"ın qonağı olacaq klubun çalışdırıcısı bildirib ki, matça tam heyətlə hazırlaşıblar: “Son 2 turdakı uğurlu çıxışımızı davam etdirmək üçün növbəti oyunda da qələbəni hədəfləmişik. Rəqibimiz çox təhlükəli və güclü legionerlerə sahib bir komandadır. Bütün bunları nəzərə alıb, oyunçularımızla xüsusi danışıqlarımız olub. Ümid edirəm, seriyamızda qələbə sayını 3-ə çatdırıb, dövrəni əla başa vuracağıq”.

Qeyd edək ki, “Cəlilabad” - “Xırdalan” matçı dekabrın 23-də saat 14:00-da start götürəcək.

İdman.biz