Qadınlardan ibarət komandalar arasında 3x3 formatında Dünya Basketbol Seriyasının Debrecendə başa çatan mərhələsində "Neftçi" qalib gəlib.
İdman.biz-in məlumatına görə, finalda Azərbaycan klubu Almaniyanın "Düsseldorf" klubuna 22:14 hesabı ilə qalib gəlib. Xüsusi mükafat Brianna Freyzerə verilib - "Neftçi"nin basketbolçusu turnirin ən yaxşı oyunçusu kimi tanınıb.
Bu mövsüm "Neftçi" artıq Dünya Seriyasının dörd mərhələsində qalib gəlib. Komanda əvvəllər Şuşa, Netanya və Melilla şəhərlərində keçirilən yarışlarda birinci yerə layiq görülüb.
Aşağıda Azərbaycan yığmasının Debrecendəki oyunlarından fotoreportajı təqdim edirik. Qrup mərhələsində komandamız Ukrayna yığmasını (22:6), 24 yaşadək ABŞ yığmasını (21:9), 1/4 finalda Macarıstanın "Dyor" klubunu (20:18), və yarımfinalda Macarıstan millisini (22:14) üstələyib.
Nicat Zəkiyev
İdman.biz