"Neftçi" qalib gəlib, çempiondan növbəti qələbə - YENİLƏNİB

Xəbərlər
20 Dekabr 2023 21:36
332
"Neftçi" qalib gəlib, çempiondan növbəti qələbə - YENİLƏNİB

Bu gün basketbol üzrə Azərbaycan çempionatında IX tura start verilib.

İdman.biz xəbər verir ki, günün ilk matçında “Neftçi” “Sərhədçi”ni qəbul edib.

“Ağ-qaralar” çətin qələbə qazanıblar. İki top fərqi ilə üstün olan "Neftçi" mövsümdə 6-cı qələbəsini qazanıb.

Ardınca “Xəzri” “Sabah”ı sınağa çəkib. Turun mərkəzi görüşü də gərgin mübarizə şəraitində keçib. Azərbaycan çempionu növbəti qələbəsini qazanıb.

Basketbol Liqası

IX tur
20 dekabr
16:00. “Neftçi” – “Sərhədçi” - 88:86 (31:24, 23:23, 16:20, 18:19)

“Sərhədçi” İdman Kompleksi

19:30. “Xəzri” – “Sabah” - 80:84 (19:19, 19:22, 18:20, 24:23)
“Sərhədçi” İdman Kompleksi

Sabah BK

9

8

1

897:740 (+157)

17

NTD-İNDİQO

8

7

1

741:646 (+95)

15

Xəzri BK

9

7

2

792:720 (+72)

16

Neftçi İK

9

6

3

683:625 (+58)

15

Xırdalan BK

8

4

4

695:680 (+15)

12

Cəlilabad BK

8

3

5

684:709 (-25)

11

Gəncə BK

8

3

5

694:744 (-50)

11

Sərhədçi PİK

9

2

7

757:835 (-78)

11

Sumqayıt BK

8

2

6

717:807 (-90)

10

Şəki BK

8

0

8

553:707 (-154)

8

Qeyd edək ki, dekabrın 22-də “Sumqayıt” “Gəncə” ilə, ertəsi gün “Cəlilabad” “Xırdalan”la oynayacaq. Turun son matçı “Şəki” və NTD-İNDİQO arasında olacaq. Görüş dekabrın 24-də baş tutacaq.

İdman.biz