2026/2027 mövsümündə Azərbaycan Basketbol Liqasında (ABL) iştirakçı klubların siyahısında dəyişiklik edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL İdarə Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.
Qərara əsasən, 2026/2027 mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL 2-də iştirak edəcək.
Beləliklə, 2026/2027 mövsümündə ABL-də “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD Və “Sumqayıt” komandaları mübarizə aparacaq.
